Açıq məlumatlara dair növbəti təlimlər keçiriləcək - Mingəçevirdə
A A A
02/01/2017
Oxunma sayısı : 10193

Mingəçevir Valideynlər Assosiasiyası Çexiya (“Transitions”) və Polşadan (“Linking”) olan tərəfdaşları ilə birgə sizi Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində açıq məlumatlara dair növbəti silsilə təlimlərə dəvət edir.

 Bu təlimlər 2017-ci il martın 10-dan 19-dək Mingəçevir Media Mərkəzində keçiriləcək. Təlimlər Azərbaycanın kütləvi informasiya vasitələri, QHT və dövlət müəssisələri nümayəndələri üçün nəzərdə tutulub. Təlimin məqsədi bu üç qrup nümayəndələrinə açıq məlumatların geniş mahiyyətini başa salmaq, əhali ilə birgə fəaliyyət zamanı jurnalistlərə, fəallara və dövlət qulluqçularına necə kömək edəcəklərini öyrətməkdir.


Açıq məlumatlar son bir neçə il ərzində bütün dünyada inkişaf etməkdə olan bir istiqamətdir. O əsas diqqəti medianın və QHT-lərin daha çox əlavə auditoriya cəlb etmələrinə, dövlət orqanlarının ictimaiyyətlə iş zamanı mürəkkəb informasiyanı daha sadə və əyani şəkildə, asan başa düşülən tərzdə çatdıra bilmələrinə hesablanıb.

Əgər siz onlayn nəşrlərinizdəki oxucularınızın, QHT ilə əməkdaşlıq edən fəallarınızın sayını artırmaq, yaşadığınız regionda ictimaiyyətlə işin effektivliyini artırmaq istəyirsinizsə, onda bizim təlimlərə qatılın.

Biz bu dəfə də iki qrup yaradırıq.Birinci qrup üçün təlim martın 10-dan 12-nə, ikinci qrup üçün isə martın 17-dən 19-dək aparılacaq. Təliçlərdən sonra iştirakçılarla məşğələlər onlayn formada davam edəcək.

Təlimin mövzuları:

  1. Təklif edilən mövzular üzrə xəritələrin yaradılması.
  2. Data jurnalistikaya dair perspektiv layihələrin müzakirəsi.
  3. Xəritəçəkmə və qrafiklərin yaradılması. Zamanın əyaniləşdirilməsi.
  4. Özəl layihələr üzərində işin təqdimatı.
  5. Tableau-ya giriş və onun üzərində işin davam etdirilməsi

Məşğələlər Şərqi Avropada açıq məlumatlardan yüksək səviyyədə istifadə edən Linking Media təşkilatının mütəxəssisləri tərəfindən aparılacaq. 2012-ci ildən bəri Linking Media açıq məlumatların geniş yayılmasında iştirak edib, yerli kütləvi informasiya vasitələrinə və QHT-lərə əyani materialların, vasitələrin sayının artırılmasına və öz səhifələri üçün yeni auditoriyanın cəlb olunmasına kömək edib.

Təlimlərə qatılmaq istəyənlər fevralın 20-dək CV-lərini təlimə nə üçün qatılmaq istədikləri barədə məlumatla birgə aşağıdakı ünvana göndərə bilərlər:datajournalism2017@gmail.com

Seçilənlərin ünvanlarına təlimin yeri və vaxtı barədə məlumat göndəriləcək. Təlim iştirakçılarının nəqliyyat, yemək və otel xərcləri təşkilatçılar tərəfindən ödəniləcək. Onlar MVA/LM/Tranzitions təşkilatlarının Avropada sonrakı tədris proqramlarında seçimlərdə iştirak edə biləcəklər.

Mingəçevir Valideynlər Assosiasiyası

ŞƏRHLƏR
XƏBƏRLƏR
Respublika Veteranlar Təşkilatının VIII Plenumu - 11 / 12 / 2018 12:32
Gənclər siyasəti sahəsinə ayrılan qrantlar Gənclər Fondu ilə razılaşdırılacaq - FƏRMAN - 11 / 12 / 2018 05:59
İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib - 10 / 12 / 2018 17:30
Tbilisidə keçirilən beynəlxalq tədbirdə vərəmə qarşı birgə mübarizənin perspektivləri müzakirə olunub - 10 / 12 / 2018 16:42
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub - 10 / 12 / 2018 14:52
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir - 10 / 12 / 2018 10:35
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İctimai Birliyinin illik hesabat iclası keçirildi - 09 / 12 / 2018 12:48
ƏSMİD İctimai Birliyi ümumi yığıncağını və Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirini keçirdi - 09 / 12 / 2018 12:15
“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub - 08 / 12 / 2018 19:05
“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib - 08 / 12 / 2018 17:24
“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib - 08 / 12 / 2018 12:40
Bakıda “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub - 08 / 12 / 2018 07:20
Ailə Dünyası "İlin Fovariti" Milli Mükafatına layiq görülüb - 08 / 12 / 2018 06:53
Göyçayın Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsi imzalanıb - 07 / 12 / 2018 16:30
Aprel şəhidinin həyat yoldaşı QHT təsis edib - 07 / 12 / 2018 15:59
Azərbaycanın ilk rəsmi Ünvan Portalı təqdim olunub-Video - 06 / 12 / 2018 17:41
"Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır" - 06 / 12 / 2018 17:03
“Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib - 06 / 12 / 2018 17:01
Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin” - 06 / 12 / 2018 13:40
“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib - 05 / 12 / 2018 17:34
Sağlam Düşüncə,sağlam cəmiyyətdir mövzusunda təlimlər davam edir - 05 / 12 / 2018 15:12
Xeyriyyəçilərə vergi güzəşti olmalıdır - 05 / 12 / 2018 14:12
Впереди – 75-летие Великой Победы - 05 / 12 / 2018 12:35
Xidməti müqavilələr ilə bağlı vergi 5 faizə qaldırılır - 04 / 12 / 2018 19:10
Avropa Şurası vətəndaş cəmiyyətinə dair yeni qərar qəbul etdi - 04 / 12 / 2018 16:07
Böyük şirkətlərin qurbanına çevrilənlər - Sadələşdirilmiş vergi ləğv olunur? - 04 / 12 / 2018 16:01
QHT Şurası üzvündən qrantlarla bağlı şok açıqlamalar - 04 / 12 / 2018 08:37
Vüsal Məmmədov “Maarifçilik məktəbi”-nin qonağı oldu - 03 / 12 / 2018 15:00
"Səssiz Dünyaya Körpü" kitabı işıq üzü görüb - 02 / 12 / 2018 20:30
Xidmət müqaviləsi ilə çalışanlar nəyi, necə ödəyəcəklər? - 01 / 12 / 2018 21:28