Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir
A A A
10/17/2018
Oxunma sayısı : 10563

|

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyi çərçivəsində  17 oktyabr 2018-ci ildə Bakı şəhərində, “Park-İnn” hotelində Respublika Veteranlar Təşkilatının təşkilatçılığı ilə “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Beynəlxalq konfransın iştirakçıları 16 oktyabr 2017-ci ildə ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını, Şəhidlər Xiyabanını və iki dəfə  Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət etmişlər.

Dünyanın 17 ölkəsindən yüksək səviyyəli qonaqların, Azərbaycan Respublikasının dövlət orqanları, Parlament üzvləri, akademik və hərbi dairələri, ictimai təşkilatlarının, veteranlar, gənclər və media nümayəndələrinin iştirak etdikləri  tədbir başlamazdan əvvəl onun iştirakçıları bütün müharibə və terror qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.

Beynəlxalq konfransı giriş sözü ilə Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov açmışdır. O, İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində belə aktual mövzuda beynəlxalq konfransın keçirilməsinin mühüm əhəmiyyət kəsb etməsindən danışaraq demişdir: “Bu günkü Beynəlxalq konfransın Azərbaycan Respublikasında keçirilməsi heç də təsadüfi deyil. İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermiş Azərbaycan xalqı bu gün özü Ermənistan Respublikasının təcavüzü ilə qarşılaşmış, həmçinin terror hücumlarına məruz qalmışdır. Azərbaycanın 20 faiz ərazisi hazırda Ermənistanın işğalı altındadır. Bu nəinki yalnız bizim ölkəmizin təhlükəsizliyinə qarşı deyil, hətta bütün regiona, dünyaya qarşı yönəlmiş ciddi təhdiddir. Ümid edirik ki, mövzusu birbaşa təhlükəsizliyin təminatı yollarının axtarılması, terrorun bütün forma və təzahürlərinə qarşı mübarizəyə həsr edilmiş bugünki beynəlxalq konfrans regionda və dünyada sülhün bərqərar olunmasına öz töhfəsini verəcəkdir”.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində alman faşizmi üzərində böyük qələbədə danılmaz payı olan və bu gün terrorçuluğun bütün növ və təzahürlərinə qarşı mübarizədə birmənalı mövqe tutmuş Azərbaycan Respublikasının belə tədbirlərə ev sahibliyi etməsini onun mənəvi haquqi adlandıraraq demişdir:Bu tədbir həm də xalqımızın bütün insanlığa, terror əleyhinə olan bütün ölkələrə ünvanlanmış sülh mesajlarıdır. Azərbaycan xalqı erməni terrorundan əziyyət çəkmiş xalq kimi bu gün onun qarşısının alınmasında dəyişməz və qətiyyətli mövqeyi ilə seçilir.  Azərbaycan daim də öz ənənələrinə sadiqdir və dünyada sülhün qorunmasında iştirakı özünün başlıca prioritetlərindən hesab edir. Ancaq tədbir iştirakçılarına da məlumdur ki, bizim 20 faiz torpaqlarımız bu gün Ermənistan hərbi birləşmələrinin işğalı altındadır. Ermənistan bu gün də Azərbaycan Respublikasına qarşı təcavüzkarlıq və dövlət səviyyəsində dəstəklənən terror siyasətindən imtina etməmişdir. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev bütün xarici səfərlərində və ölkəmizdə həyata keçirilən rəsmi görüşlərində xarici dövlət başçıları və beynəlxalq ictimaiyyətin diqqətini dəfələrlə torpaqlarımızın Ermənistan tərəfindən işğal altında saxlanması faktına yönəltmişdir. Çünki təcavüzkarlıqla, terrorçuluqla mübarizə yalnız bir xalqın və dövlətin deyil, özünü sivil dünyanın təmsilçisi sayan hər bir xalqın və dövlətin üzərinə düşən vəzifədir. İkili standartlar kənara qoyulmalı, Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı və terroru dəstəkləyən dövlət kimi tanınmalıdır. Məhz belə obyektiv münasibət bölgədə sülhün bərqərar olmasına töhfə verər, yalnız Azərbaycanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatı üçün deyil, həmçinin ümumi inkişafa xidmət edən addım olardı. Biz buna ümid edir və məsələnin vaxtında həllini sülhə nail olunmasında, regionun təhlükəsizliyinin təminatında mühüm amil sayırıq”.

Sonra Beynəlxalq konfransın iştirakçılarının mövzu üzrə çıxışları dinlənilmiş, məruzə və çıxışlar ətrafında müzakirələr aparılmışdır.

RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və dövlət xidməti Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Nizami Məmmədov, “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı”nın sədr müavini Tkaçenko Vladimir İvanoviç, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, “Dünya Veteranları Federasiyası”nın sədri Dan-Viggo Bergtun, Qazaxıstan Veteranlar İctimai  Birliyinin sədr müavini İsenqulov Aytkali, Ukrayna Veteranlar Təşkilatının sədri Şmakov Viktor Viktoroviç, Azərbaycan Aviasiya Akademiyasının kafedra müdiri, professor İbrahim Quliyev, Gürcüstan Müharibə və Silahlı Qüvvələr Mərkəzi Veteranlar Təşkilatının sədri Şubladze Tengiz Şalvoviç, Belarus Veteranların İctimai Birliyinin sədri Qordeyçuk İvan Arkadyeviç,  RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və dövlət xidməti Akademiyası Jurnalistika Fakültəsinin dekan müavini Qonçarova Yuliya Sergeyevna, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi əməkdaşı, hüquq elmləri doktoru, Nəcibə Mustafayeva, Azərbaycan Dillər Universitetinin dosenti, politoloq Oleq Yuryeviç Kuznetçov və başqaları çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən, onun terrorçuluğa qarşı mübarizəyə, beynəlxalq sülhün təminatına töhfə verəcəyinə inandıqlarına əminliklərindən, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbədə və hazırda sülhün qorunmasında xalqlar birliyinin oynadığı tarixi roldan danışaraq, öz ölkələrində bu istiqamətdə görülən işləri, tədbirləri qeyd etmişlər.

Beynəlxalq konfransın işinə Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov yekun vurmuşdur. T.AğahüseynovMüasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda Azərbaycan Respublikasının paytaxtı, Bakı şəhərində keçirilən Beynəlxalq konfransın işində fəal iştirak etdiklərinə görə çıxışçıların hamısına bir daha təşəkkür etmiş, belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu bildirmişdir. 

Respublika Veteranlar Təşkilatı

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Murad Məmmədovun həyat dərsi - "Stand up" - 14 / 11 / 2018 18:26
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait artırılacaq" – Niyaməddin Orduxanlı - 14 / 11 / 2018 14:39
Sahib Məmmədov: Bizdə xarici fəaliyyət uçun resurs çatmır - 14 / 11 / 2018 14:36
Əliməmməd Nuriyev: Qrantlara ehtiyac var. - 14 / 11 / 2018 14:23
“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də danışdılar - 14 / 11 / 2018 14:15
Şuranın mobil tətbiqetməsi istifadəyə verilib - 14 / 11 / 2018 14:04
Şuranın dəstəyilə təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı foto-guşələr yaradılıb - 14 / 11 / 2018 10:12
MP: Azerbaijani NGOs need financial support - 14 / 11 / 2018 08:15
Азай Kулиев: НПО Азербайджана необходима финансовая поддержка - 14 / 11 / 2018 08:14
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 17:48
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25