“İnsanlar evlərinin idarə olunmasına kənardan baxmaq istəmirlər”
A A A
06/06/2016
Oxunma sayısı : 3936


QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Vüsalə Süleymanovanın fikrincə, gələcəkdə Mingəçevir təcrübəsindən digər şəhər və rayonların da faydalanması mümkündür

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi bir aydır ki, yeni layihəsini gerçəkləşdirir. Layihə çərçivəsində son seminarlar iyunun 4-də şəhərin N.Nərimanov prospektindəki 31, 44 və 49 saylı ünvanlarda baş tutub. Tədbirlərdə 70-yə yaxın yerli sakin, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi Vüsalə Süleymanova iştirak edib.

“Bu gün çoxmənzilli binaların idarə olunmasında, o cümlədən əmlak vergisinin toplanmasında kifayət qədər problemlər qalmaqdadır. Baxmayaraq ki, 2009-cu ildə qəbul edilən yeni Mənzil Məcəlləsinin tələbinə görə, mənzil fondu mənzil mülkiyyətçilərinin özləri və ya müştərək cəmiyyətləri, ya da bu işi kənar idarəçilər tərəfindən idarə oluna bilər. Bu sahədə əhalinin maarifləndirilməsi həmin mənzillərin saxlanmasında dövlətin yükünün azalmasına, eyni zamanda bələdiyyələrin əmlak vergisi toplamasında problemlərinin aradan qalxmasına şərait yaradacaq”.

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin prezidenti Fərman Nəbiyev belə deyir. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat may ayının əvvəllərindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Çoxmənzilli binalarda özünü idarəetmə icma metodlarının təbliği” mövzusunda yeni layihəsinin icrasına başlayıb: “Biz benefisiarlarımızın xahişini nəzərə alaraq, tədbirlərimizi həftə sonu, şənbə və bazar günləri həyətlərdəki mağarlarda təşkil edirik. Çünki bu layihədə maraqlı və aktiv şəxslərin əksəriyyəti müxtəlif sahələrdə çalışır və onlar istirahət günlərində tədbirlərə qatılmaq arzusundadırlar. Layihə çərçivəsində mayın 13-dən başlayan seminarlar iyunun 5-dək davam edib”.

F.Nəbiyev onu da bildirib ki, seminarlara cəlb olunanlar layihə müddətində və ondan sonra öz yaşadıqları ərazilərdə icmanı səfərbər etməyə nail olacaq, çoxmənzilli yaşayış evlərinin idarə edilməsi prosesinə başlanmasını, əmlak vergisi toplanmasını sürətləndirəcəklər: “Onların hər biri bir neçə ailə ilə öz məlumatlarını bölüşəcək. daha sonra öz binasının idarəçiliyini öhdəsinə götürmək istəyənlərə məsləhət veriləcək, yardım olunacaq. Gələcəkdə bu insanlar şəhərin idarəçiliyinə də maraq göstərəcəklər. Bu da bələdiyyədə və digər qurumlarda aktiv insanların iştirakının artmasına gətirib çıxaracaqdır. Problemlərin müzakirə edilməsi hökumətin bu məsələyə diqqətinin artmasına da təsir edəcəkdir”.

F.Nəbiyev onu da vurğulayıb ki, növbəti mərhələdə binaların idarəedilməyə verilməsi ilə bağlı yığıncaqların təşkili, qazanılmış təcrübənin yerli TV vasitəsiə yayılması və sonda hökumət və qeyri-hökumət, o cümlədən media təmsilçilərinin iştirakilə ümumşəhər toplantısı təşkil etmək nəzərdə tutulub: “Layihənin icrası digər rayonlardakı bələdiyyələr və məhəllə komitələri üçün təcrübə qazanmaq imkanı yaradacaq. Bu işdə bizə Mingəçevir Bələdiyyəsi kömək edir. Bələdiyyənin komissiya sədri Zahid Qasımlı isə təcrübəli ekspert kimi layihədə çalışır”.

Layihənin eksperti, Mingəçevir Bələdiyyəsinin üzvü və “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı mənzil hüquqları və onun əsasları, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın idarəetmə üsulunu seçməsi, mənzil-tikinti kooperativləri üzvlərinin hüquqları, çoxmənzilli binanın yalnız bir idarəedici təşkilat tərəfindən idarə olunması, onun saxlanma xərcləri, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üstünlükləri haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. O, dövlətin bu məsələdə maraqlı olduğunu deyib: “Dövlət öz yükünü yüngülləşdirmək üçün binaları əsaslı təmir etdirib, əhalinin idarəsinə verəcək. Yəni əhali binaların idarəsini öz üzərinə götürməlidir. Başqa ölkələrdə, son vaxtlar isə Bakının Binəqədi rayonunda bu idarə üsulu tətbiq olunur. Çoxmənzilli binaların mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri tərəfindən idarə olunması 2009-cu ildə qəbul olunmuş Mənzil Məcəlləsinin tələbindən irəli gəlir”.

Z.Qasımlı izah edib ki, binadakı sahə mülkiyyətçilərinin 50 faizdən yuxarı hissəsi toplaşıb, qərar qəbul edir: “İclas müəyyən edir ki, əmlak (binanın sahəsi, lift, pilləkənlər, ərazidəki özəl bağça, qaraj, mağaza və s.) nədən ibarətdir. Onlar mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini (MMMC) yaratmaqla, idarəetmə səlahiyyətlərini ona verirlər. Həmin cəmiyyət hüquqi şəxs olur, nizamnaməsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Onun fəaliyyətinə sahə mülkiyyətçiləri nəzarət edirlər”.

Ekspert onu da deyib ki, əhali 6 ay müddətində qanunla nəzərdə tutulan idarəetmə formalarından birini seçməzsə, onda bələdiyyənin təklifiylə açıq müsabiqə elan olunur, müsabiqəyə qatılan qurumlar arasından idarəedici təşkilat seçilir”.

Zahid Qasımlı bələdiyyə büdcəsinin formalaşmasında əmlak vergisi, onun hesablanması və ödənməsi qaydaları, əmlak vergisi ödənməsinin çoxmənzilli binaların saxlanmasında əhəmiyyəti ilə bağlı məsələlərə də aydınlıq gətirib: “2001-ci ildən bu vergi toplanır, sadəcə onun yığılma mexanizmi tam işlənməmişdi. Nazirlər Kabineti 2015-ci il yanvarın 1-dən mənzillərdə əmlak vergisi toplanmasının yeni metodunu tətbiq edib. Əmlak vergisi yaşayış və qeyri-yaşayış sahələrinin hər kv. metrinə görə bildiriş əsasında bələdiyyə büdcəsinə ödənilir. Amma ödənən vəsait dolayı yolla məhəllələrə qayıdır. Bələdiyyə əmlak vergisini tam ödəyən binaların xeyir-şər magarlarını təmir etdirir, məhlələrdə quruculuq işlərinə pul ayırır”.

Tədbir iştirakçıları çıxışılarında bir sıra məsələlərə diqqəti yönəldiblər. Belə ki, yaşayış evləri tikiləndən binalarda yarımçıq işlər qalıb, uşaq meydançaları qurulmayıb, həyətlərdə asfaltlanma tam aparılmayıb. Sakinlərin fikrincə, şəhərdə abadlıq-təmir işləri qeyri-bərabər aparılır, xüsusən . “Azərsu” tərəfindən proqram ləng və kortəbii həyata keçirilir. Keçmiş uşaq xəstəxanasının yerləşdiyi ərazi dağıdılıb, ayaqyoluna, itlərin boğuşma yerinə və narkoman yuvasına çevrilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Vüsalə Süleymanova deyib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası MVA-nın layihəsinə ona görə maliyyə dəstəyi verib ki, bu sahədə insanların maarifləndirilməsinə ciddi ehtiyac duyulur: “2009-cu ildən yeni Mənzil Məcəlləsi qəbul edilsə də, qanunun tələbi üzrə mənzillərin idarə olunması sahəsində irəliləyiş nəzərə çarpmayıb. Burada ciddi müzakirələrin aparılması məni çox sevindirdi. Yəni insanlar bu məsələyə laqeyd deyillər, evlərinin idarə olunmasına kənardan baxmaq istəmirlər. Düşünürəm ki, layihənin nəticələri tezliklə hiss ediləcək. Gələcəkdə Mingəçevir təcrübəsindən digər şəhər və rayonların da faydalanması mümkündür”.

MVA İB-nın mətbuat xidmətindən verilən məlumata görə, layihə 2016-cı il oktyabrın əvvəlində başa çatacaq.

Mingəçevir Valideynlər Assosiasiyası

ŞƏRHLƏR
XƏBƏRLƏR
QHT Türk şəhidlərinin şərəfinə ucaldılan xatirə abidəsinə ziyarət təşkil etdi - 21 / 10 / 2018 16:20
Masallıda vərəmlə bağlı vəziyyət müzakirə olunub - 20 / 10 / 2018 11:41
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 14:33
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42