Mingəçevirdə çoxmənzilli binaların idarə olunmasına başlanıldı
A A A
09/05/2016
Oxunma sayısı : 3749

|

“Əslində camaat əmlaka bütünlüklə sahib olmaq niyyətindədir, sadəcə bəzi narahatlıq doğuran məsələlərə görə yükün altına girməyə risk eləmir. Mingəçevirdə ən təzə binanın 30-dan çox yaşı var. Hələ 50-60 yaşlı binaları demirəm. Yəni əksər binaların əsaslı təmirinə ehtiyac duyulur. Qorxuruq ki, idarəetməni öhdəmizə götürək, bundan sonra kömək edən olmasın”.

Bu fikirləri Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin təşəbbüsü ilə şəhərin Yadigar Mənsurov küçəsindəki 7 və Naxçıvan küçəsindəki 40 A saylı ünvanlarında yaşayanların birgə yığıncağında mənzil mülkiyyətçisi Əmrah Mustafayev səsləndirib. Məhəllə komitəsinin sədri Əbülfət Babayev isə bildirib ki, 2009-cu ildən yeni Mənzil Məcəlləsi qəbul edilsə də, qanunun tələbi üzrə mənzillərin idarə olunmasına başlanmayıb: “Biz başa düşürük ki, mənzillərimizin içinin sahibi olduğumuz kimi, çölünün də mülkiyyətçisinə çevrilməliyik. Onsuz da usta lazım olanda özümüz çağırırıq, haqqını verib işimizi gördürürük. Əgər binalarımız və onların əhatəsində olan sahələr bizim balansımıza verilsə, kənardan evimizə, həyətimizə müdaxilələrin qarşısı alınar. Bu məsələdə dövlət yaxasını kənara çəkmir, evlərimizi təmirli vəziyyətdə bizə təhvil vermək istəyir”.

Sentyabrın 4-də baş tutan yığıncaqda MVA-nın rəhbəri Fərman Nəbiyev may ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Çoxmənzilli binalarda özünü idarəetmə icma metodlarının təbliği” adlı layihəyə başlandığını nəzərə çatdırıb: “İndiyədən 10 məhəllədə seminarlar aparılıb, icmanın səfərbərliyə alıınması istiqamətində işlər görülüb. Eyni zamanda yerli TV ilə bu mövzuda çıxışımız da olacaq və yaxın günlərdə sahə mülkiyyətçilərinin ümumşəhər toplantısı keçiriləcək”.

Mingəçevir Bələdiyyəsinin üzvü, “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı sahə mülkiyyətçilərinin ümumi əmlakı olan çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi barədə danışıb: “Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Birinci halda sahə mülkiyyətçiləri yığıncaq vasitəsilə binaya aid qərarlar qəbul edə bilərlər. İkinci halda isə yığıncağa toplaşanlar mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini (MMMC) təşkil edirlər. Bu zaman hüquqi şəxs yaradılır və o, Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Əgər hər iki hal baş tutmazsa, onda yerli bələdiyyənin təşəbbüsü ilə mövcud binaların idarə olunması üçün kənar təşkilat seçiləcək”.

Tədbirə toplaşan mənzil mülkiyyətçiləri hələ ki, binalarını yığıncaq vasitəsilə idarə etməyə maraqlı olduqlarını bildiriblər. Onlar Mingəçevir Şəhər İcra Hakimiyyətinə və İqtisadiyyat Nazirliyinə müraciət olunması, hər iki binanın və yardımçı sahələrin əsaslı təmirindən sonra onların sərəncamına verilməsi barədə razılığa gəliblər.

Mingəçevir Valideynlər Assosiasiyası

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Murad Məmmədovun həyat dərsi - "Stand up" - 14 / 11 / 2018 18:26
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait artırılacaq" – Niyaməddin Orduxanlı - 14 / 11 / 2018 14:39
Sahib Məmmədov: Bizdə xarici fəaliyyət uçun resurs çatmır - 14 / 11 / 2018 14:36
Əliməmməd Nuriyev: Qrantlara ehtiyac var. - 14 / 11 / 2018 14:23
“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də danışdılar - 14 / 11 / 2018 14:15
Şuranın mobil tətbiqetməsi istifadəyə verilib - 14 / 11 / 2018 14:04
Şuranın dəstəyilə təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı foto-guşələr yaradılıb - 14 / 11 / 2018 10:12
MP: Azerbaijani NGOs need financial support - 14 / 11 / 2018 08:15
Азай Kулиев: НПО Азербайджана необходима финансовая поддержка - 14 / 11 / 2018 08:14
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 17:48
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25