Mingəçevirdə çoxmənzilli binaların idarə olunması mövzusunda ümümşəhər toplantısı keçirilib
A A A
09/21/2016
Oxunma sayısı : 4682

|

Tədbir iştirakçılarının fikrincə, mənzil fondunun dövlətin balansından sahə mülkiyyətçilərinin balansına verilməsi prosesi gecikir, hökumət bununla bağlı ciddi addımlar atmalıdır.

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşən layihə çərçivəsində çoxmənzilli binaların sahə mülkiyyətçilərinin ümumşəhər toplantısını keçirib. Şəhər Bələdiyysində baş tutan tədbirə məhəllə komitələrinin aktiv üzvləri, QHT və KİV əməkdaşları ilə bərabər yerli İcra hakimiyyəti və bələdiyyətini, İqtisadiyyat Nazirliyinin məsul nümayəndələri də qatılıblar. MVA-nın və layihənin rəhbəri Fərman Nəbiyev son beş ayda məhəllə komitələrində aparılan işlər, uğurlar və problemlər barədə danışıb. O, bildirib ki, indiyədək 10 məhəllədə seminarlar təşkil olunub, icmanın səfərbərliyə alıınması, mülkiyyətçilərin yığıncaqlarının keçirilməsi, yerli TV ilə maarifləndirmə istiqamətində məqsədyönlü işlər aparılıb: “Layihənin ən böyük uğuru ondan ibarətdir ki, bu gün Mingəçevirdə yaşayan insanların xeyli hissəsi yeni Mənzil Məcəlləsinin tələblərindən xəbərdardır və binalarını özlərinin idarəetməsinə götürməkdə maraqlıdırlar”.

Toplantıda layihənin eksperti, Mingəçevir Bələdiyyəsinin Yerli-sosial məsələləri üzrə daimi komitəsinin sədri Zahid Qasımlı insanların mənzil hüquqları barədə danışıb: “Hər birimizin mənzil toxunulmazlığı hüququmuz var. Bu Konstitusiyamızda da əksini tapıb. Lakin biz mənzilin içərisinə sahiblik edirik. Bizim mənzillə bağlı mülkiyyətimiz yalnız bundan ibarətdir. Amma bütövlükdə binaya sahib deyilik, onun tam idarə olunmasında iştirak etmiik. Pilləkənlər, zirzəmilər, dam örtükləri, binanın fasadı, yerləşdiyi ərazi, ətrafındakı torpaq sahəsi və həmin sahədəki daşınmaz əmlaka sahiblik etməyimizə isə 2009-cu ildə qəbul olunan Mənzil Məcəlləsində təminat verir”.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin normativ-hüquqi təminat və icmal sektorunun müdiri Arif Nəzərov bildirib ki, bu gün ölkə üzrə 28 MMMC (Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) qeydə alınıb. 35 binanı əhatə edən bu cəmiyyətlərin 27-si Bakıda, 1-i Abşeronda fəaliyyət göstərir. Hazırda 40-a yaxın yeni MMC-nin sənədləri hazırlanıb və qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim olunub. İqtisadiyyat Nazirliyinin xəttilə müxtəlif bölgələrdə, o cümlədən Mingəçevirdə bir neçə dəfə seminarları keçirilib, bələdiyyələr nəzdində məlumatlandırma mərkəzləri yaradılıb: “Amma etiraf edək ki, bu sahədə iş çox ləng gedir. Bu, bir tərəfdən hazırkı balans sahiblərinin məsələyə maraqlı olmaması, digər tərəfdən isə əksər binaların köhnəlməsi ilə bağlıdır. Mənzil mülkiyyətçiləri isə tərəddüd içindədir. Hazırda İqtisadiyyat Nazirliyi əmlakın dövlət balansından sahə mülkiyyətçilərinin balansına verilməsi və əmlakdan istifadə ilə bağlı qaydaları hazılayıb və təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunub. Bu zaman binanın mövcud vəziyyəti ilə bağlı qüsur aktı da tətrib olunmalıdır”.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Mahir Əliyevin fikrincə, dövlət müstəqlilliyimizdən 25 il keçməsinə baxmayaraq, hələ də insanlarımızın bir çoxunda yeni psixologiya formalaşmayıb: “Bizim əksəriyyətimiz sovetlər dövründə yaşamışıq və mülkiyyətçi olmaq nə deməkdir bilmirik. Çünki həmişə problemi hökumət həll edib. Evi tikib, təmir edib. Amma qanunda birmənalı şəkildə yazılıb ki, mənzilin mülkiyyətçiləri mülkiyyətlərində olan əmlakı saz vəziyyətdə saxlamağa borcludurlar. Bu da çoxmənzilli binada cox cətin həyata keçirilən prosesdir. Dövlət bu gün siyasəti ona yönəldir ki, çoxmənzilli binanın mülkiyyətçilərinin hansısa birliyi yaransın və bu birlik o problemləri həll etsin. Hər bir sey təbii müqavimətə məruz qalır, köhnəlir, qocalır və eyni zamanda bütün bu binaların da istismar müddəti var. Vətəndaşlar daima İcra Hakimiyyətinə dam örtüyünün təmiri, zirzəmilərin təmizlənməsi ilə bağlı müraciət edirlər. Hələlik İcra Hakimiyyəti yerlərdəki MİS-lər vasitəsilə problemlərin həllinə yardımçı olmağa çalışır. Mən də bu fikirdəyəm ki, MİS-lər özünü doğrultmadı və qanuna müvafiq olaraq, onun yerini MMMC-lərin tutması effekt verərdi..Ancaq maarifləndirmə işi həddindən artıq aparılmalıdır”.

Mingəçevir Bələdiyyənin sədri Coşqun Abdullayev də maarifləndiməyə diqqətin artırılmasını vacib hesab edib: “Bu məsələyə böyük maraq var. Lakin hec kim risk edib, qabaga durmaq istəmir, kimisə gözləyir. Gəlin, çox uzağa getməyək, elə qonşu ölkələrin təcrübəsindən bəhrələnək. O yerdə ki, vətəndaş mülkiyyətin sahibidir, onu can-başla qoruyur. Yəqin ki, yaxın zamanda bizim vətəndaşlar da binalarının idarə olunmasını öz öhdələrinə götürəcəklər. Düşünürəm ki, bölgələrdə. o cümlədən şəhərimizdə belə layihələrin gerçəkləşməsi çox faydalıdır və oz bəhrəsini verəcək”.

Sahə mülkiyyətçilərindən Tahir Məmmədov, Qabil Əliyev, İsbəndiyar Musayev, Əbülfət Babayev və başqaları maraqlı təkliflərlə çıxış ediblər. Onlar vurğulayıblar ki, mənzil fondunun dövlətin balansından sahə mülkiyyətçilərinin balansına verilməsi prosesi gecikir, hökumət bununla bağlı ciddi addımlar atmalıdır.

Mingəçevir Valideynlər Assosiasiyası

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Murad Məmmədovun həyat dərsi - "Stand up" - 14 / 11 / 2018 18:26
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait artırılacaq" – Niyaməddin Orduxanlı - 14 / 11 / 2018 14:39
Sahib Məmmədov: Bizdə xarici fəaliyyət uçun resurs çatmır - 14 / 11 / 2018 14:36
Əliməmməd Nuriyev: Qrantlara ehtiyac var. - 14 / 11 / 2018 14:23
“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də danışdılar - 14 / 11 / 2018 14:15
Şuranın mobil tətbiqetməsi istifadəyə verilib - 14 / 11 / 2018 14:04
Şuranın dəstəyilə təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı foto-guşələr yaradılıb - 14 / 11 / 2018 10:12
MP: Azerbaijani NGOs need financial support - 14 / 11 / 2018 08:15
Азай Kулиев: НПО Азербайджана необходима финансовая поддержка - 14 / 11 / 2018 08:14
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 17:48
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55
Hemofiliyalı vətəndaşların dərman təchizatında olan çətinliklər həllini tapmaqdadır - 11 / 11 / 2018 11:20
QHT sədri xüsusi medalla təltif edilib - 10 / 11 / 2018 17:11
Parlament Jurnalistlər Birliyinin üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirdilər - 10 / 11 / 2018 07:52
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb - 09 / 11 / 2018 20:15
Ağdamda möhtəşəm “Bayraq yürüşü” - 09 / 11 / 2018 19:07
“Hərəyə bir bayraq verək” aksiyası - 09 / 11 / 2018 13:35
“Milli Qəhrəmanlarımızı tanıyaq və tanıtdıraq!” - 09 / 11 / 2018 05:10
QHT-lərə Dövlət Dəstəyi Şurası tarixçi-alim İsrafil Məmmədovu Fəxri Fərmanla təltif etdi - 08 / 11 / 2018 20:06
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib - 08 / 11 / 2018 17:25